remote-work-questions
remote-work-questions copied to clipboard
Fiziki şəxs olaraq qeydiyyatdan keçərək işləmək olmaz? Mütləq mikro-sahibkar kimi qeydiyyatdan keçmək lazımdır?
Bilirsiniz ki, mikro-sahibkarlar üçün nəzərdə tutulmuş 5 illik vergi güzəşti yanvar ayında sona çatır. Çox güman ki, dövlət eyni güzəşti uzadmayacaq. Belə olan halda 5% -lik vergi 20%-lə əvəzlənəcak. Sual budur, fiziki şəxs olaraq VÖİN alsaq yenidən 5%-li vergi ödəyicisi ola bilmərik? Yoxsa mütləq mikro-sahibkar kimi qeydiyyatdan keçməliyik?
VÖEN sizin İD-nizdir. Bu sizin vergi orqanındakı eyniləşdirmə nömrənizdir. VÖEN sadəcə koddur, başqa heçnə. Vergi hesablanması isə sizin fəaliyyətiniz əsasında hesablanır, tutulur. Yəni 5%-lik vergi 20%-liklə əvəzlənəndə, bu o deməkdir ki, bəli 20%-likdə qalacaqsınız. Ona görə ki, sizin fəaliyyət növünüz ona düşür. Yox əgər siz xaricə remote xidmət göstərməkdən vaz keçib, məsələn bərbər kimi xidmət göstərsəniz o zaman olacaqsınız Sabit vergi ödəyicisi. Niyə? Çünki sizin yeni fəaliyyət növü ona uyğundur :) Bərbərlər sabit vergi ödəyiciləridirlər. Fəaliyyət haqqında:
- Hansı fəaliyyətdən söhbət gedir? Sahibkarlıq fəaliyyəti.
- Bəs Sahibkarlıq fəaliyyəti ilə məşğul olanları bir-birindən necə ayırırlar? Onları kateqoriyalara bölməklə. Yəni mikro, kiçik, iri və.s
- Əvvəl remote xariclə çalışanlar sadələşdirilmiş vergi ödəyicisi idi, indi nəyə görə deyilik? Çünki daha bu fəaliyyət növü sadələşdirilmiş vergi ödəyicisi kateqoriyasına düşmür.
Sualın birinci hissəsinə yekun cavab: İstiyir 50 dəfə vöen açılsın, fəaliyyət növü hara düşürsə sizin kateqoriyanız da ora düşür. İkinci sual: Yoxsa mütləq mikro-sahibkar kimi qeydiyyatdan keçməliyik? - VÖEN açdıqda hansı sahibkarlıq subyekti kimi qeydiyyata düşməyimiz önəmli deyil, məsələ illik fəaliyyət dövründəki fəaliyyət növümüz, işçi sayımız, dövr edən məbləğ və s. bizi mikro, kiçik, iri və.s olaraq bölür. Yəni, məsələn, mən Sahibkarlıq subyekti kimi qeydiyyata alındım, 2 il mikro sahibkar kimi fəaliyyət göstərdim, sonra işçi sayım artdı, pul çox qazandım, deməli vergi kateqoriyam da dəyişdi, vergi tutulmalarım dəyişdi. Hətta ola bilər ki, siz əvvəl iri sahibkar idiniz, indi zəiflədiniz oldunuz mikro,sonra ümumiyyətlə gördünüz ki, bərbər olmaq sərfəlidir oldunuz sabit vergi ödəyicisi. Yəni hər şey törədilən fəaliyyətdən asılıdır.